...

“Lüksemburq Beynəlxalq Bazarı”nda Azərbaycan stendinə böyük maraq (FOTO)

Cəmiyyət Materials 26 Noyabr 2025 19:19 (UTC +04:00)
“Lüksemburq Beynəlxalq Bazarı”nda Azərbaycan stendinə böyük maraq (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Lüksemburqda keçirilən ənənəvi “Lüksemburq Beynəlxalq Bazarı”nda Azərbaycan stendi böyük maraqla qarşılanıb. Azərbaycan stendi bu il də ölkəmizin mədəniyyətini, ənənələrini və müasir inkişafını təbliğ edib.

Trend xəbər verir ki, stend Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyinin dəstəyi, “LuxAz” Azərbaycan–Lüksemburq Dostluq Assosiasiyasının təşkilatçılığı ilə qurulub.

Onun hazırlanmasına bir sıra özəl şirkətlər də xüsusi dəstək göstəriblər.

Bu il 63 ölkənin ekspozisiyasının yer aldığı Beynəlxalq Bazarı 40 minə yaxın ziyarətçi izləyib.

Lüksemburqun Xarici İşlər naziri Xavier Bettel Azərbaycan stendinə baş çəkərək, təqdim edilən məhsullar, mədəni nümunələrlə tanış olub. Ona ölkəmizin tarixi, zəngin mədəni irsi, eləcə də Azərbaycan diasporunun fəaliyyəti barədə ətraflı məlumat verilib.

Azərbaycan stendinin rəhbəri Seymur Əhmədov ilk dəfə olaraq Beynəlxalq Bazarın Təşkilat Komitəsinin İdarə Heyətinə üzv seçilib. Bu seçim Azərbaycan təmsilçiliyinin təşkilati səviyyədə daha da güclənməsinə şərait yaradıb.

Qeyd edək ki, Azərbaycan artıq 15 ildir ki, bu nüfuzlu xeyriyyə yarmarkasında ardıcıl şəkildə təmsil olunur. Bu isə ölkəmizin tanıdılmasına və diaspora fəaliyyətinə öz töhfələrini verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti