...

Bakıda SSRİ bayraqları ilə yürüş təşkil etməyə cəhd göstərən şəxslər həbs olunub

Hadisə Materials 26 Noyabr 2025 19:26 (UTC +04:00)
Bakıda SSRİ bayraqları ilə yürüş təşkil etməyə cəhd göstərən şəxslər həbs olunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən şəxslər barəsində təqdimatlara baxılıb.

Trend xəbər verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə Abdulla İbrahimli və İbrahim Əsədli barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlara Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti