...

Ceyhun Bayramov Lorenzo Fontana ilə Azərbaycan–İtaliya əlaqələrini dərinləşdirməyi müzakirə edib

Siyasət Materials 26 Noyabr 2025 20:23 (UTC +04:00)
Ceyhun Bayramov Lorenzo Fontana ilə Azərbaycan–İtaliya əlaqələrini dərinləşdirməyi müzakirə edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində İtaliya Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə XİN rəsmi "X" sosial şəbəkə hesabında paylaçım edilib.

Görüş zamanı Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlıq, siyasi dialoqun dinamik inkişafı müzakirə edilib və parlamentlərarası əməkdaşlığın gücləndirilməsi istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Hər iki tərəf ümumi maraqların və regional sabitliyin təmin olunması üçün enerji, ticarət, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Nazir Bayramov qarşı tərəfi post-münaqişə dövründə bölgədəki mövcud vəziyyət barədə məlumatlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti