...

Honkonqda çoxmərtəbəli binada baş verən yanğın nəticəsində ölənlərin sayı 44-ə çatıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 27 Noyabr 2025 02:28 (UTC +04:00)

Bakı. Trend:

Honkonqda baş verən yanğın nəticəsində ölənlərin sayı 44-ə çatıb, daha 45 nəfərin vəziyyəti ağırdır.

Trend-in məlumatına görə, bu barədə şəhər yanğınsöndürmə xidməti bildirib.

Məlumata əsasən, ölənlərin sayı 100 nəfərə çatıb.

xxx

22:46

Honkonqda çoxmərtəbəli mənzildə baş verən yanğın nəticəsində ölənlərin sayı 36-ya çatıb, 279 nəfər itkin düşüb.

Trend-in məlumatına görə. bu barədə şəhər meri Con Li deyib.

Mer 29 zərərçəkənin xəstəxanaya yerləşdirildiyini, onlardan yeddisinin vəziyyətinin ağır olduğunu qeyd edib.

Çin Sədri Si Cinpin faciə ilə bağlı başsağlığı verib.

Honkonqun çoxmərtəbəli binalarında yanğın 26 noyabrda başlayıb. Kompleksdə təxminən 4000 nəfər yaşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti