Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) və Ukrayna rəsmiləri təxminən 8,2 milyard dollar dəyərində yeni maliyyələşdirmə proqramı üzrə ekspert səviyyəsində razılaşmalar əldə ediblər.
Trend-in məlumatına görə, bu barədə BVF-nin saytında bildirilib.
Qeyd edilib ki, roqram 48 ay üçün nəzərdə tutulub. BVF-nin Ukraynadakı missiyasının rəhbəri Qevin Qreyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ukrayna hakimiyyəti arasında görüşlər 17-21 noyabr tarixlərində baş tutub.
Ali Radanın Büdcə Komitəsinin rəhbəri Roksolana Pidlasa bu ayın əvvəlində BVF-nin Kiyevlə yeni maliyyələşdirmə proqramı ilə bağlı danışıqlara başladığını açıqlayıb.