Bakı. Trend:
İordaniya Əmmanda Azərbaycanla birgə biznes-forumun təşkil olunmasını təklif edir.
Trend xəbər verir ki, bunu İordaniyanın Sənaye, Ticarət və Logistika naziri Yarub Əl-Kuda İordaniya və Azərbaycan arasında ticarət, iqtisadi və texniki əməkdaşlq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında çıxışı zamanı bildirib.
“Komissiyanın iclasları hər yeddi ildən bir keçirilir. Biz bu prosesi sürətləndirmək barədə razılığa gəldik və yaxın zamanda Azərbaycan maliyyə naziri və hörmətli həmkarları qəbul etməkdən məmnun olarıq. Fikirlərdən biri budur ki, növbəti birgə komissiya iclasını Əmmanda keçirək və ölkələrimizin biznes dairələri arasında əlaqələrin qurulması üçün paralel olaraq biznes-forum təşkil edək”, - deyə o bildirib və Cənubi Qafqaz və Yaxın Şərq regionunda həqiqətən böyük perspektivlərin olduğunu vurğulayıb.
