Bakı. Trend:
Corciya ştatı məhkəməsi ABŞ prezidenti Donald Tramp və onun komandasına qarşı 2020-ci il seçkilərinin nəticələrinə etiraz etmək cəhdləri ilə bağlı qaldırılmış cinayət işini ləğv edib.
Trend-in məlumatına görə, bu barədə məhkəmə qərarında bildirilib.
Fulton dairəsinin hakimi prokurorların Trampa qarşı əvvəllər irəli sürülən ittihamları, o cümlədən saxtakarlıq, dövlət məmurunu vəzifə andını pozmağa təhrik etməyə cəhd və mütəşəkkil cinayətkarlıqla mübarizə üçün nəzərdə tutulmuş qanunu (RICO Art) pozmaq ittihamlarını rədd etmək vəsatətlərini təmin edib.
"Məhkəmə vəsatəti təmin edir <...>. Bu iş tamamilə bağlanıb", - deyə qeyd olunub. Beləliklə, artıq ABŞ-də Amerika liderinə qarşı heç bir cinayət işi aparılmır.