Bakı. Trend:
Bu il noyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 28,577 milyard manat təşkil edib.
Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,8 miolyard manat (1,8%), ilin əvvəli ilə müqayisədə 2 milyard manat (7,4%), ötən il noyabrın 1-nə nisbətən isə 2,3 milyard manat (8,7%) çoxdur.
Hesabat tarixinə bankların xalis daxili aktivləri isə 18,914 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 2,3 milyard manat və ya 10,9% az, ilin əvvəli ilə müqayisədə 977 milyon manat və ya 4,9% az, ötən il noyabrınn 1-nə nisbətən isə 748,3 milyon manat və ya 4,1% çoxdur.
Hesabat dövründə Azərbaycanda ümumi aktivləri 56,342 milyard manat olan 22 bank fəaliyyət göstərir.
