...

Roma Papası Anakarada Ərdoğanla görüşüb

Dünya xəbərləri Materials 27 Noyabr 2025 17:07 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə səfərdə olan Roma Papası XII Leo Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bu səfər pontifikin Katolik Kilsəsinin rəhbəri seçildikdən sonra ilk rəsmi xarici səfəridir. Prezident kompleksində baş tutan görüş bağlı qapılar arxasında yarım saat davam edib.

Türkiyə mediasının yazdığına görə, liderlər Türkiyə–Vatikan münasibətlərini, eləcə də cari regional və qlobal prosesləri müzakirə ediblər. Görüş gündəliyinə həmçinin İsrailin Fələstin münaqişəsi, Yaxın Şərqdə sülhün təmin edilməsinə dair səylər və başqa beynəlxalq məsələlər daxil edilib.

İkitərəfli danışıqlardan sonra Ərdoğan və Papa XII Leo Prezident Kitabxanasında birgə məbuat konfransı keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti