Bakı. Trend:
Yaponiyanın Baş naziri Sanae Takaiçi bu həftənin əvvəlində ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Tokio və Pekin arasındakı münaqişənin həllini müzakirə edib.
Trend-in məlumatına görə, bu barədə "Kyodo" agentliyi xəbər verib.
Məlumata əsasən, telefon danışıq Yaponiya baş nazirinin Tayvan və Çinin onlara kəskin reaksiyası ilə bağlı açıqlamalarından sonra baş verib.
Agentliyin Yaponiya hökumətindəki mənbələrinə əsasən, Takaiçi və Tramp Tokio ilə Pekin arasında gərginləşməkdə davam edən diplomatik münaqişənin həlli üçün birgə işləmək imkanlarını müzakirə ediblər.