...

Türkiyə Təhlükəsizlik Şurası regionda sülh və sabitliyin təmin edilməsi məsələlərini müzakirə edib

Siyasət Materials 26 Noyabr 2025 22:11 (UTC +04:00)
Türkiyə Təhlükəsizlik Şurası regionda sülh və sabitliyin təmin edilməsi məsələlərini müzakirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi ilə mümkün olacaq rifaha töhfə vermək üçün sarsılmaz öhdəliyini bəyan edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Türkiyə Təhlükəsizlik Şurasının iclasından sonra yayılan bəyanatda bildirilib.

Görüş iştirakçıları "Azərbaycan və Ermənistan arasında sülh prosesində son zamanlar baş verən müsbət irəliləyişlər fonunda ikitərəfli və regional əməkdaşlıq imkanlarını" nəzərdən keçiriblər.

Türkiyə Təhlükəsizlik Şurasının gündəliyinə Rusiya ilə Ukrayna arasındakı müharibə, Sudan, Suriya və bütövlükdə Yaxın Şərqdəki vəziyyət də daxil olub. Xüsusilə terrorizmin Türkiyənin gündəliyindən tamamilə çıxarılması səylərinə diqqət yetirilib. Ukraynadakı vəziyyət kontekstində döyüş zonasında yeni gərginlik riski fonunda diplomatik səylərin vacibliyi vurğulandı. Davamlı və ədalətli sülhün bərqərar olması üçün səyləri davam etdirmək qətiyyəti qeyd edilib.

Xəbər lenti

Xəbər lenti