...

ABŞ Milli Qvardiyasının 500 əsgəri Vaşinqtona yerləşdiriləcək - Pit Heqset

Dünya xəbərləri Materials 27 Noyabr 2025 04:08 (UTC +04:00)
ABŞ Milli Qvardiyasının 500 əsgəri Vaşinqtona yerləşdiriləcək - Pit Heqset

Bakı. Trend:

Ağ Ev yaxınlığında baş verən və iki Milli Qvardiya əsgərinin yaralandığı atışmadan sonra Vaşinqtona əlavə 500 Milli Qvardiya əsgəri yerləşdiriləcək.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun rəhbəri Pit Heqset deyib.

Heqset xəsarət alanların vəziyyətinin ağır olduğunu bildirib. Daha əvvəl Qərbi Virciniya qubernatoru Patrik Morrissi iki əsgərinin ölümünü elan etmişdi, lakin sonra onların vəziyyəti ilə bağlı "ziddiyyətli məlumatlar" aldığını bildirib.

Qeyd edək ki, atışma oktyabrın 26-da Ağ Evdən bir məhəllə aralıda baş verib və nəticədə iki Milli Qvardiya üzvü ağır vəziyyətdə xəstəxanalara aparılıb. Polis şübhəli şəxsin həbs olunduğunu bildirib. Hadisə zamanı Floridada olan ABŞ prezidenti Donald Trampın sözlərinə görə, şübhəli şəxs də yaralanıb, lakin bu, onu ciddi cəzadan xilas etməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti