Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 1,256 milyard manat sığorta haqqı yığılıb.
Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 143,9 milyon manat və ya 12,9% çoxdur.
Bəhs olunan dövrdə ən çox sığorta haqqı toplayan şirkət “Paşa Həyat Sığorta” ASC (572,9 milyon manat) olub. İkinci yerdə 297,5 milyon manat sığorta haqqı ilə “Paşa Sığorta” ASC, üçüncü yerdə isə 89,1 milyon manat sığorta haqqı ilə “Atəşgah Həyat” Sığorta Şirkəti ASC qərarlaşıb.
Cari ilin yanvar-oktyabr aylarında sığorta yığımlarına görə şirkətlərin renkinqini təqdim edirik:
|
Şirkət adı |
Məbləğ (min manat) |
|
“Paşa Həyat Sığorta” |
530,839 |
|
“Paşa Sığorta” |
272,931 |
|
“Atəşgah Həyat” Sığorta Şirkəti |
81,124 |
|
“Qala Sığorta” |
63,925 |
|
“Atəşgah” Sığorta Şirkəti |
48,677 |
|
“Meqa Sığorta” |
25,693 |
|
“Azərbaycan Sənaye Sığorta” |
24,760 |
|
“Qala Həyat” Sığorta Şirkəti |
22,742 |
|
“Xalq Sığorta” |
20,538 |
|
"Aqrar Sığorta" |
15,747 |
|
“Meqa Həyat Sığorta” |
12,340 |
|
“A-Qroup Sığorta Şirkəti” |
11,159 |
|
"Xalq Həyat" Sığorta Şirkəti |
8,393 |
|
“AtaSığorta” |
7,541 |
|
“AzSığorta” |
6,358 |
|
“İpək Yolu Sığorta” |
4,488 |
