Bakı.Trend:
Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirilib.
Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, "Şamaxinka" adlanan yol sahəsindən Lökbatan dairəsinədək olan hissənin 14 km-lik kəsiyində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi 100 km/saatdan 90 km/saata endirilib.
Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.
Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələri xahiş olunur.
