Bakı. Trend:
Türk Dövlətləri Təşkilatı Azərbaycanın ən sıx əməkdaşlıq etdiyi təşkilatlardan biri, bəlkə də, birincisidir. Azərbaycan türk dövlətləri ilə media və kommunikasiya sahəsində tərəfdaşlıq etməkdə maraqlıdır.
Trend xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov Türk Dövlətləri Təşkilatının Media və informasiya üzrə işçi qrupunun 12-ci iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bu cür tədbirlərin keçirilməsi həm təşkilat üçün, həm də üzv dövlətlər üçün çox önəmlidir:
"Üzv ölkələr bu kimi tədbirlərdə iştirakda maraqlıdırlar və biz də bu sahədə, xüsusilə mediada, Türk dövlətlərinin həyata keçirdiyi layihələrdə iştirak etməyə daim həvəsliyik".
