...

Nigeriyada kütləvi insan oğurluqlarından sonra fövqəladə vəziyyət elan edilib

Dünya xəbərləri Materials 27 Noyabr 2025 00:23 (UTC +04:00)

Bakı. Trend:

Nigeriya prezidenti Bola Tinubu ekstremistlər tərəfindən sakinlərin kütləvi şəkildə oğurlanması ilə müşayiət olunan təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib.

Trend-in məlumatına görə, bu barədə Qərb KİV-ləri xəbər verib.

"Təhlükəsizlik vəziyyətinin pisləşməsini nəzərə alaraq, fövqəladə vəziyyət elan etmək və Nigeriya Silahlı Qüvvələrinə əlavə əsgər qəbul etmək qərarına gəldim", - deyə o bildirib.

Məlumata əsasən, son bir həftə ərzində ekstremistlər ölkə daxilində onlarla digər vətəndaşla birlikdə 315 məktəbli və müəllimi qaçırıblar. Bəziləri xilas edilib, digərləri qaçıb, lakin 265 uşağın və onların müəllimlərinin taleyi hələ də məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti