...

Azərbaycan XİN rəhbəri İtaliya Senatının rəhbəri ilə regional sabitliyi müzakirə edib

Siyasət Materials 26 Noyabr 2025 20:52 (UTC +04:00)
Azərbaycan XİN rəhbəri İtaliya Senatının rəhbəri ilə regional sabitliyi müzakirə edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində ölkə Senatının Prezidenti İqnatsio La Russa ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə XİN "X" sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilir ki, tərəflər Azərbaycan və İtaliya arasında güclü strateji tərəfdaşlıq münasibətləri barədə konstruktiv fikir mübadiləsi apardılar, siyasi dialoq və əməkdaşlığın davamlı inkişafını vurğulayıblar.

Müzakirələr parlamentlərarası əlaqələrin genişləndirilməsi, enerji, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın dərinləşdirilməsi, eləcə də regional sülh və sabitliyin dəstəklənməsi səylərinin gücləndirilməsi perspektivlərini əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti