Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 772,6 milyon manat sığorta ödənişi edilib.
Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,3 milyon manat və ya 24,1% artım deməkdir.
Bəhs olunan dövrdə ən çox sığorta ödənişi edən şirkət “Paşa Həyat Sığorta” ASC (479,8 milyon manat) olub. İkinci yerdə 115,3 milyon manat ödənişlə “Paşa Sığorta” ASC, üçüncü yerdə 56,3 milyon manat sığorta ödənişi ilə “Atəşgah Həyat” Sığorta Şirkəti qərarlaşıb.
Cari ilin yanvar-oktyabr aylarında sığorta ödənişlərinə görə şirkətlərin renkinqini təqdim edirik:
|
Şirkətin adı |
Məbləğ (min manat) |
|
“Paşa Həyat Sığorta” |
479,806 |
|
“Paşa Sığorta” |
115,297 |
|
“Atəşgah Həyat” Sığorta Şirkəti |
56,313 |
|
“Atəşgah” Sığorta Şirkəti |
34,148 |
|
“Qala Sığorta” |
22,179 |
|
“Meqa Sığorta” |
13,524 |
|
“Azərbaycan Sənaye Sığorta” |
10,569 |
|
“A-Qroup Sığorta Şirkəti” |
9,326 |
|
“Xalq Sığorta” |
8,923 |
|
“Aqrar Sığorta” |
5,297 |
|
“AtaSığorta” |
4,777 |
|
“Xalq Həyat” Sığorta Şirkəti |
4,237 |
|
“Meqa Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyəti |
4,130 |
|
“Qala Həyat” Sığorta Şirkəti |
2,385 |
|
“AzSığorta” |
1,469 |
|
“İpək Yolu Sığorta” |
223 |
