...

Qvineya-Bisau prezidenti ordu tərəfindən devrildiyini elan edib

Dünya xəbərləri Materials 26 Noyabr 2025 23:32 (UTC +04:00)

Bakı. Trend:

Qvineya-Bisau prezidenti Umaru Sisoko Embalo ölkədə baş verən dövlət çevrilişini etiraf edərək, ordu tərəfindən devrildiyini elan edib.

Trend-in məlumatına görə, bu barədə o "France 24" televiziya kanalına bildirib.

"Məni devirdilər. Çox şey deyə bilmərəm, əks halda telefonumu əlimdən alacaqlar. İndi qərargahdayam", - deyə o qeyd edib.

Bundan əvvəl, briqada generalı Denis N'Kanya jurnalistlərə Qvineya-Bisauda hərbçilərin hakimiyyəti ələ keçirdiyini elan edib. O, bütün dövlət qurumlarının fəaliyyəti dayandırıldığını, ölkənin sərhədlərinin bağlandığını və 23 noyabr prezident və parlament seçkilərində səslərin sayılmasının dayandırıldığını açıqladı. Seçki Komissiyası nəticələri 28 noyabrda elan etməyi planlaşdırırdı.

Xəbər lenti

Xəbər lenti