...

Ankarada Türkiyə-Azərbaycan əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib (FOTO)

Siyasət Materials 26 Noyabr 2025 21:46 (UTC +04:00)
Ankarada Türkiyə-Azərbaycan əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Türkiyəyə səfər edərək, qardaş ölkənin xarici işlər naziri Hakan Fidan, Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıç və xarici işlər nazirinin müavini Berris Ekinci ilə görüşlər keçirib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Məlumata əsasən, görüşlərdə iki ölkə arasında qardaşlıq münasibətlərinə əsaslanan əlaqələrin tarixi, habelə gələcək inkişaf perspektivi nəzərdən keçirilib, regionumuzda və qlobal səviyyədə əməkdaşlığın bundan sonra da gücləndirilməsi məqsədilə bütün istiqamətlərdə qarşılıqlı fəaliyyətlərin artırılması məsələləri müzakirə edilib.

Tərəflər qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Bununla yanaşı, tərəflər Azərbaycanın hazırda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin gündəliyindən irəli gələn məsələləri, o cümlədən AQEM-in beynəlxalq təşkilata transformasiyası mövzusunda müzakirələr aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti