...

Çempionlar Liqasında bombardirlər siyahısında lider dəyişib

İdman Materials 27 Noyabr 2025 09:08 (UTC +04:00)
Çempionlar Liqasında bombardirlər siyahısında lider dəyişib

Bakı. Trend:

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turundan sonra bombardirlər siyahısında lider dəyişib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, “Olimpiakos”la (Yunanıstan) səfər matçında (4:3) komandasının 4 qolunun hamısının müəllifi olan “Real”ın hücumçusu Kilian Mbappe birinci yerə yüksəlib. Hazırda fransalının ehtiyatında 9 qol var.

“Qalatasaray”lı Viktor Osimhen 6 qolla 2-ci, Erlinq Halaand (“Mançester Siti”) və Harri Keyn (“Bavariya”) isə 5 qolla 3-4-cü yerləri bölüşdürür.

“Qarabağ”ın futnolçusu Leandro Andrade isə 3 qola 11-ci yeri tutur. Qeyd edək ki, Leandro ilə yanaşı daha 14 futbolçu 3 dəfə rəqib qapılarına yol tapıb.

Xəbər lenti

Xəbər lenti