...

Ağ Evin yaxınlığında atışma baş verib, iki nəfər yaralanıb

Dünya xəbərləri Materials 27 Noyabr 2025 00:54 (UTC +04:00)
Ağ Evin yaxınlığında atışma baş verib, iki nəfər yaralanıb

Bakı. Trend:

Vaşinqtonda baş verən atışma nəticəsində ABŞ Milli Qvardiyasının iki əməkdaşı yaralanıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ daxili işlər naziri Kristi Noem "X" sosial şəbəkəsində yazıb.

O bildirib ki, "Vaşinqtonda baş verən atışmada iki Milli Qvardiya əsgəri yaralanıb". Onların vəziyyəti barədə məlumat verilməyib.

"NBC" telekanalı xəbər verib ki, atışma Ağ Evin yaxınlığındakı parkda baş verib.

ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb ki, atışmadan sonra ABŞ Milli Qvardiyasının iki əməkdaşının vəziyyəti ağırdır.

"Hər iki Milli Qvardiya əsgəri ağır yaralanıb və hazırda iki fərqli xəstəxanadadır", - deyə o bildirib.

Trend-in məlumatına görə, bu barədə

Xəbər lenti

Xəbər lenti