...

Bank sektorunun xarici öhdəlikləri artıb

İqtisadiyyat Materials 27 Noyabr 2025 10:49 (UTC +04:00)
Bank sektorunun xarici öhdəlikləri artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin noyabrın 1-nə Azərbaycanda Bank sektorunun xarici öhdəlikləri 2,960 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ilin əvvəlinə nəzərən 374,2 milyon manat çoxdur.

Bildirilib ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti