...

Avstraliyanın Brisben şəhərində AYTAY musiqi qrupunun konserti olub (FOTO)

Cəmiyyət Materials 26 Noyabr 2025 21:00 (UTC +04:00)
Avstraliyanın Brisben şəhərində AYTAY musiqi qrupunun konserti olub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliya İttifaqının Brisben şəhərində “Brisbane Powerhouse” incəsənət mərkəzində AYTAY musiqi qrupunun konserti olub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, konsert Kvinslenddə Azərbaycanın Milli Assosiasiyası və Kvinslend-Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə baş tutub. Milli mədəniyyətimizin, o cümlədən musiqimizin Avstraliyada təbliği məqsədilə keçirilən tədbirdə Azərbaycan diasporunun nümayəndələri və yerli ictimaiyyətlə yanaşı, Avstraliya İttifaqının rəsmi şəxsləri də iştirak edib.

Konsertdə AYTAY musiqi qrupu Azərbaycanın xalq və bəstəkar mahnılarını, Əməkdar artist Sevinc Hüseynli isə milli rəqslərimizi ifa ediblər.

Qeyd edək ki, Avstraliya İttifaqında fəaliyyət göstərən instrumental musiqi qrupu AYTAY 2018-ci ildə yaradılıb. Qrup Avstraliyanın müxtəlif şəhərlərində konsertlər təşkil edərək Azərbaycan musiqisinin dünyada geniş yayılmasına öz töhfələrini verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti