Bakı. Trend:
İraqın şimalındakı Xor -Mor bölgəsindəki ən böyük qaz yatağına naməlum pilotsuz uçuş aparatı hücum edib.
Trend-in məlumatına görə, bu barədə "Shafaq News" agentliyi xəbər verib.
Məlumata əsasən, obyektdə baş verən yanğın İraqın Kürdüstan bölgəsində elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Birləşmiş Ərəb Əmirliklərindəki yatağın "Dana Gas" operator şirkəti dronun mayeləşdirilmiş qaz saxlama çəninə zərər verdiyini, lakin işçilərdən heç birinin xəsarət almadığını açıqlayıb.
İraq Energetika və Təbii Sərvətlər Nazirliyi yerli elektrik stansiyalarına qaz təchizatının dayandırıldığını açıqlayıb.
"Vətəndaşların nəzərinə çatdırırıq ki, saat 23:30-dan etibarən Xor-Mor qaz yatağına dron hücumu səbəbindən elektrik stansiyalarına qaz təchizatı müvəqqəti olaraq dayandırılıb", - deyə qeyd olunub.