Bakı. Trend:
Bu ilin noyabrın 1-nə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 56,3 milyard manat, cəmi öhdəlikləri 49,2 milyard manat, balans kapitalı 7,2 milyard manat olub.
Trend Azərbayacn Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bank sektorunun aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 13,4% artıb.
Bundan başqa hesabat dövründə bank sektorunun cəmi öhdəlikləri 49,2 milyard manat, balans kapitalı 7,2 milyard manat olub.
Hesabat ayında bankların kredit portfeli 0.4% və ya 127.6 milyon manat artaraq 29,4 milyard manat olub. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 53.1% (15,6 milyard manat); ıı) istehlak kreditləri – 31.4% (9,2 milyard manat) və ııı) ipoteka kreditləri – 15.5% (4,5 milyard manat).
