...

Dövlət xətti ilə verilmiş ipoteka kreditləri 3%-dən çox azalıb

İqtisadiyyat Materials 27 Noyabr 2025 11:09 (UTC +04:00)
Dövlət xətti ilə verilmiş ipoteka kreditləri 3%-dən çox azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 371,3 milyon manat kredit verilib.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 milyon manat və ya 3,1% azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 351 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müayisədə 27,8 milyon manat və ya 7,3% azdır.

Dövr ərzində fondun yerləşdirilmiş istiqrazlarının həcmi 50 milyon manat və ya 10% artaraq 550 milyon manat təşkil edib.

Bundan başqa, hesabat dövründə dövlət büdcəsindən fonda ayrılmış vəsaitin həcmi isə 1,8 milyon manat və ya 2,7% azalaraq 63,9 milyon manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti