...

VTB (Azərbaycan) bankının İdarə Heyətinə yeni təyinat

İqtisadiyyat Materials 27 Noyabr 2025 11:27 (UTC +04:00)
VTB (Azərbaycan) bankının İdarə Heyətinə yeni təyinat

Bakı. Trend:

Yaşar Kərimov VTB (Azərbaycan) bankının İdarə Heyətinin üzvü təyin edilib. Bu vəzifədə o, bankın pərakəndə biznesinə rəhbərlik edəcək.

O, 20 ildən çox bankçılıq təcrübəsinə malikdir və "Yelo Bank" və "Expressbank" da daxil olmaqla bir sıra Azərbaycan banklarında rəhbər vəzifələrdə çalışıb. VTB (Azərbaycan)-a təyinatdan əvvəl "Unibank"da Pərakəndə Biznes üzrə İcraçı Direktor vəzifəsində çalışıb.

Yaşar Kərimov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur və “Mühəndis iqtisadiyyatı və idarəetmə” üzrə bakalavr və magistr dərəcələrinə malikdir.

Xəbər lenti

Xəbər lenti