...

"PAŞA Sığorta" “Mərhəmətli Olmağa Tələsin” xeyriyyə aksiyasına dəstək olub

Cəmiyyət Materials 27 Noyabr 2025 11:30 (UTC +04:00)
"PAŞA Sığorta" “Mərhəmətli Olmağa Tələsin” xeyriyyə aksiyasına dəstək olub

Bakı. Trend:

"PAŞA Sığorta" korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Mərhəmətli Olmağa Tələsin” xeyriyyə aksiyasında iştirak edib.

Artıq 16 ildir ki, keçirilən bu aksiyanın məqsədi ehtiyacı olan uşaqlara dəstək göstərməkdir. Xeyriyyə aksiyası çərçivəsində hər iki valideynini itirmiş, tək anaların övladlarınz, sağlamlıq imkanları məhdud uşaqlarz, eləcə də şəhid və qazilərinin övladlarna qış geyimləri və digər zəruri ləvazimatlar təqdim olunub.

Tədbirdə "PAŞA Sığorta" şirkəti göstərdiyi dəstəyə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan "PAŞA Sığorta" şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “AM Best” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini "BBB", maliyyə dayanıqlılığı reytinqini "B++", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti