...

“Android” istifadəçilərinə xəbərdarlıq - Təhlükəli virus aşkarlanıb

Dünya xəbərləri Materials 27 Noyabr 2025 11:22 (UTC +04:00)
“Android” istifadəçilərinə xəbərdarlıq - Təhlükəli virus aşkarlanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Android” əməliyyat sistemində “Sturnus” adlı virus aşkarlanıb. Bu virus smartfonun ekranında olan məlumatları oxuya bilir.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd olunur ki, virus təkcə istifadəçinin ekranındakı məlumatları izləmək yox, həm də məlumatların şifrələmə sistemlərindən yan keçmək imkanına malikdir.

Məsələn, “Sturnus” messencerlərə, konkret olaraq “Telegram” və “Signal”dakı mesajlara çıxış əldə edə bilib.

Virus ekran vasitəsilə parolları toplaya, bank tətbiqlərindəki məlumatları öyrənə, yazışmaları oxuya və smartfondakı məlumatları təhlil edə bilər.

Mütəxəssislərin sözlərinə görə, virus özünü "Google Chrome" və digər populyar tətbiqlər kimi göstərir. Böyük ehtimalla, internetdən yüklənən “apk” fayllar vasitəsilə yayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti