...

Argentina BMT-nin baş katibi vəzifəsinə Rafael Qrossinin namizədliyini irəli sürüb

Dünya xəbərləri Materials 27 Noyabr 2025 05:53 (UTC +04:00)
Argentina BMT-nin baş katibi vəzifəsinə Rafael Qrossinin namizədliyini irəli sürüb

Bakı. Trend:

Argentina BMT-nin baş katibi vəzifəsinə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossini namizədliyini irəli sürüb.

Trend-in məlumatın agörə, bu barədə Argentina xarici işlər naziri Pablo Kirno "X" sosial şəbəkəsində yazıb.

"Bu gün Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə Rafael Qrossinin namizədliyini təqdim etmək mənim üçün şərəf və imtiyazdır", - deyə o bildirib.

Nazir qeyd edib ki, bütün dünya Qrossinin BAEA direktoru kimi "görkəmli" fəaliyyətini qəbul edir və o, bu vəzifəni artıq altı ildir tutur. Qrossi öz işi ilə "çətin vəziyyətlərdə yüksək liderlik potensialı" nümayiş etdirir.

Qeyd edək ki, BMT-nin hazırkı rəhbəri António Guterreşin səlahiyyət müddəti 2026-cı ildə başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti