...

Rusiyanın bu aeroportu fəaliyyətini dayandırıb

Dünya xəbərləri Materials 27 Noyabr 2025 09:32 (UTC +04:00)
Rusiyanın bu aeroportu fəaliyyətini dayandırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Soçi şəhər hava limanında təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artyom Korenyako öz rəsmi “Telegram” kanalında məlumat yayıb.

“Soçi aeroportu. Hava gəmilərinin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, -deyə məlumatda qeyd olunur.

Korenyakonun yazdığına görə, aeroportun hava reyslərini müvəqqəti olaraq dayandırmasında məqsəd təyyarələrin təhlükəsizliyinin təmin olunması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti