Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 301,3 milyon manat sığorta haqqı toplanılıb.
Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,4 milyon manat və ya 6,5% çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər 8,8 milyon manat və yaxud 7,8% artaraq 120,8 milyon manata çatıb.
Beləliklə, 10 ayda icbari sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,1 manatı müştərilərə geri ödənilib.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 1,256 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 143,9 milyon manat və ya 12,9% çoxdur.
Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 772,6 milyon manat sığorta ödənişi edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,3 milyon manat və ya 24,1% artım deməkdir.
