...

Bu ilin on ayı ərzində açıq məkanda yayımı dayandırılan reklamların sayı açıqlanıb

Cəmiyyət Materials 27 Noyabr 2025 14:17 (UTC +04:00)
Bu ilin on ayı ərzində açıq məkanda yayımı dayandırılan reklamların sayı açıqlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci ilin noyabr ayınadək aparılmış monitorinqlər nəticəsində “Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələbləri pozulduğuna görə ümumilikdə açıq məkanda 365 reklamın yayımı dayandırılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Reklam Agentliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi tərəfindən açıq məkanda yerləşdirilən reklamlar üzrə nəzarət tədbirləri çərçivəsində mütəmadi monitorinqlər aparılır.

“Reklamda dövlət dilinin tələblərinin pozulması reklam haqqında qanununvericiliyin pozulması hesab olunur və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.2-ci maddəsinə əsasən məsuliyyətə səbəb olur. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir”,- deyə agentlikdən əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti