...

İnterpola yeni başçı seçilib

Dünya xəbərləri Materials 27 Noyabr 2025 17:37 (UTC +04:00)
İnterpola yeni başçı seçilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mərakeşin Fəs şəhərində keçirilən İnterpolun 93-cü Baş Assambleyasında fransalı polis rəisi Lukas Filipe beynəlxalq polis təşkilatına yeni prezident seçilib.

Trend bu barədə İnterpolun rəsmi saytına istinadən xəbər verir.

Məlumata görə, 53 yaşlı fransızın namizədliyinin lehinə 84 assambleya üzvü səs verib.

Yeni rəhbərlə yanaşı, təşkilatın Asiya üzrə vitse-prezident və Afrika, Asiya və Avropa üzrə nümayəndələri təyin olunub:

Asiya üzrə vitse-prezident – Çindən Van Yonq

Afrika üzrə nümayəndələr – Tunisdən İssam Fetui

Keniyadan Məhəmməd İbrahim Amin

Asiya üzrə nümayəndə – Yaponiyadan Kazumi Oqasavara

Avropa üzrə nümayəndə – İtaliyadan Stefano Karvelli.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti