...

İordaniya Azərbaycanla əczaçılıq sahəsində əməkdaşlığın inkişafı üçün potensialın olduğunu görür - Nazir

Siyasət Materials 27 Noyabr 2025 15:30 (UTC +04:00)
İordaniya Azərbaycanla əczaçılıq sahəsində əməkdaşlığın inkişafı üçün potensialın olduğunu görür - Nazir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

İordaniya əczaçılıq sahəsində Azərbaycanla əməkdaşlığın inkişafı üçün potensialın olduğunu görür.

Trend xəbər verir ki, bunu bu gün İordaniyanın Sənaye, Ticarət və Logistika naziri Yarub Əl-Kuda İordaniya və Azərbaycan arasında ticarət, iqtisadi və texniki əməkdaşlq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının nəticələrinə dair keçirilən mətbuat konfransında bildirib.

“İordaniya öz əczaçılıq sənayesi ilə yaxşı tanınır. Məncə, əminliklə deyə bilərəm: İordaniya ərəb ölkələri arasında əczaçılıq sənayesində birinci yerdə gəlir.

Digər tərəfdən, siz Azərbaycanda əczaçılıq sahəsində istehsalatı inkişaf etdirməyə çalışırsınız və bu sahədə əməkdaşlıq qura bilərik”, - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti