...

Tailandda daşqınlardan ölənlərin sayı 80 nəfərə çatıb

Dünya xəbərləri Materials 27 Noyabr 2025 16:33 (UTC +04:00)
Tailandda daşqınlardan ölənlərin sayı 80 nəfərə çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tailandın cənubunda leysan yağışların ardından baş verən daşqınlar nəticəsində həlak olanların sayı 80 nəfərə yüksəlib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, təbii fəlakət qurbanları Sonqhla əyalətinin sakinləridir.

Daşqın fəsadlarının aradan qaldırılması və əhaliyə humanitar yardımın göstərilməsi üzrə tədbirlərə Tailandın hərbi dəniz qüvvələrinin şəxsi heyəti səfərbər olunub. Son rəqəmlərə görə, daşqınlar ümumilikdə 2 milyona yaxın insana zərər vurub.

Xatırladaq ki, bazar ertəsi Sonqhla əyalətinin inzibati orqanı 160 minə yaxın insanın yaşadığı Hatyay şəhərində əhalinin kütləvi təxliyəsini elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti