...

Türk dövlətləri eyni cəbhədə çıxış etsələr, media bizim ən böyük silahımıza çevrilə bilər - Alptekin Cihangir İşbilir

Cəmiyyət Materials 27 Noyabr 2025 15:17 (UTC +04:00)
Türk dövlətləri eyni cəbhədə çıxış etsələr, media bizim ən böyük silahımıza çevrilə bilər - Alptekin Cihangir İşbilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Biz artıq geosiyasi transformasiyadan astrosiyası informasiya dövrünə keçmişik.

Trend xəbər verir ki, bunu bu gün Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində baş tutan “Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində” mövzusuna həsr olunan panel sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, bu gün müasir, peyk texnologiyaları inkişaf etdirilmirsə, medianı da inkişaf etdirmək mümkün deyil:

“Müasir texniki dəyişikliklərin mediaya təsirləri müşahidə edilib, araşdırılmalıdır. Süni intellekt çox sürətki alqoritmlərdir. Xarici şəbəkələr süni intellekti çox yaxşı şəkildə mənimsəyiblər. Biz də bu istiqamətdə inkişaf etməliyik”.

İşbilir vurğulayıb ki, türk dünyasında yeni bir intibah dövrü yaşanır.

“Biz eyni cəbhədə çıxış etsək, bir-birimizə qarşı çıxmasaq, media bizim ən böyük silahımıza çevrilə bilər.

Azərbaycanda bu imkanları test edirik. Türkiyə-Azərbaycan media platformasının hansı işlər görə biləcəyini nəzərdən keçiririk”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti