...

Qarabağ və Şərqi Zəngəzurdan cəlb olunmuş əmanətlər artıb

İqtisadiyyat Materials 27 Noyabr 2025 12:07 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurdan cəlb olunmuş əmanətlər artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin noyabrın 1-nə Qarabağ iqtisadi rayonundan cəlb qoyulmuş əmanətlərin həcmi 106,299 milyon manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Qeyd olunub ki, bu göstərici bir ay əvvələ nisbətən 9,8 milyon manat və ya 10,2% çox, 2024-cü ilin noyabrın 1-nə olan göstərici ilə müqayisədə isə 14,1 milyon manat və ya 15,3% çoxdur.

Hesabat dövrünə sözügedən regiondan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 5,30%-ə bərabər olub.

Eyni zamanda, 2025-ci ilin noyabrın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 981 min manat olub ki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 146 min manat, yaxud 17,5% çoxdur.

Hesabat dövrünə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 4,03% təşkil edib.

Qeyd edək ki, bu ilin noyabrın 1-nə Azərbaycanın ümumi regionları üzrə cəlb olunmuş əmanətlərin həcmi 15,907 milyard manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 112,3 milyon manat, yaxud 0,7%, 2024-cü ilin noyabrın 1-nə olan göstərici ilə müqayisədə isə 1,6 milyard milyon manat və ya 11,5% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti