...

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

İqtisadiyyat Materials 27 Noyabr 2025 11:53 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin noyabrın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 524,483 milyon manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Bildirilib ki, bu göstərici əvvəlki ayla müqayisədə 4,6 milyon manat və ya 0,9%, ötən ilin eyni dövrünə nisbətən isə 43,9 milyon manat və ya 9,1% çoxdur.

Hesabat dövründə sözügedən region üzrə kredit qoyuluşlarının orta faiz dərəcəsi 19,72%-ə bərabər olub.

Dövr ərzində regiona qoyulmuş kreditlərin 522,231 milyon manatı milli valyutada, 2,252 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Eyni zamanda, bu ilin noyabrın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 770 min manat və ya 3,4% artaraq 23,076 milyon manata bərabər olub.

Hesabat dövründə bu göstərici üzrə orta faiz dərəcəsi 14,30% təşkil edib.

Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 14,216 milyon manatı milli valyutada, 8,860 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Qeyd edək ki, 2025-ci ilin noyabrın 1-nə Azərbaycanın cəmi regionları üzrə kredit qoyuluşlarının həcmi 29,404 milyard manata bərabər olub. Bu göstərici əvvəlki ayla müqayisədə 127,5 milyon manat və ya 0,4%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 2,3 milyard manat və ya 8,6% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti