...

Azərbaycanda kredit sığortası bazarı kiçilib

İqtisadiyyat Materials 27 Noyabr 2025 12:24 (UTC +04:00)
Azərbaycanda kredit sığortası bazarı kiçilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kredit sığortası üzrə 4,052 milyon manat sığorta haqqı toplanılıb.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 262 min manat və ya 6,1% azdır.

Hesabat dövründə kredit sığortası üzrə ödənişlər isə 11 min manat və yaxud 17,2% azalaraq 53 min manata çatıb.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 1,256 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 143,9 milyon manat və ya 12,9% çoxdur.

Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 772,6 milyon manat sığorta ödənişi edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,3 milyon manat və ya 24,1% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti