Bakı. Trend:
"Youtube", "TikTok", "İnstagram" və digər sosial şəbəkələrin TDT-də nümayəndəliyinin yaradılması təkliflər arasındadır.
Trend xəbər verir ki, bunu bu gün Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin İnformasiya siyasəti departamentinin baş mütəxəssisi Zarina Kalmuratova Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində baş tutan “Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində” mövzusuna həsr olunan panel sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, media savadlılığı hər zaman insanların həyatında ön sırada olmalıdır:
"Media savadlılığı beynimizə həkk olunmalıdır. Bizim üçün əsas məsələ o olmalıdır ki, məlumatı təqdim edilən kimi qəbul etməyək. Boşuna deməyiblər ki, informasiya 21-ci əsrin neftidir. Biz nefti necə emal ediriksə, informasiyaya da eyni şeyi tətbiq etməliyik”.
Baş mütəxəssis əlavə edib ki, ölkəsində sosial mediaların rəsmi nümayəndəlikləri yoxdur.
"Yaxşı onlardı ki, “Instagram", "Facebook", "Youtube", "TikTok"un Türk Dövlətləri Təşkilatı çərçivəsində nümayəndəliyi yaradılsın", - deyə o qeyd edib.
