Bakı. Trend:
Banqladeş məhkəməsi korrupsiya işi üzrə mühakimə olunan keçmiş Baş nazir Şeyx Həsinəni 21 il müddətinə azadlıqdan məhrum edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məhkəmə həbs qərarını qiyabi olaraq çıxarıb. Belə ki, Şeyx Həsinə hazırda ölkədə deyil və onun işinə öz iştirakı olmadan baxılır.
Purçabolda “Yeni Şəhər- Racuk” layihəsi çərçivəsində torpaq sahələrinin bölgüsü zamanı ehtimal olunan korrupasiya halları ilə bağlı üç iddia qaldırılmışdı. Şeyx Həsinə hər bir iş üzrə təqsirli bilinərək 7 il həbs cəzasına məhkum edilib ki, bu da ümumilikdə 21 il azadlıqdan məhrumetmə deməkdir.
