...

Abşeronda 4 marketdən 10 min manatlıq oğurluq edən şəxs saxlanıldı

Cəmiyyət Materials 27 Noyabr 2025 13:38 (UTC +04:00)
Abşeronda 4 marketdən 10 min manatlıq oğurluq edən şəxs saxlanıldı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Abşeron rayonunda yerləşən marketlərdə silsilə talama cinayətləri qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs ayrı-ayrı vaxtlarda rayonun Saray qəsəbəsindəki marketlərə daxil olaraq 9270 manat nağd pul, 580 manat dəyərində tütün məmulatları və 400 manatlıq lotereya biletləri oğurlayıb.

Abşeron RPİ-nin Saray Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 30 yaşlı Xəyal Rüstəmov saxlanılıb.

Saxlanılan şəxsin marketlərə daxil olması, eyni zamanda pul, tütün məmulatları, eləcə də lotereyaları oğurlama anı və hadisə yerindən uzaqlaşması təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktlarla bağlı X.Rüstəmov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti