...

Manat və xarici valyutada müddətli kredit qoyuluşu həcmləri açıqlanıb

İqtisadiyyat Materials 27 Noyabr 2025 15:47 (UTC +04:00)
Manat və xarici valyutada müddətli kredit qoyuluşu həcmləri açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin noyabrın 1-nə Azərbayacanda kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 31,169 milyard manat, vaxtı keçmiş kreditlərin həcmi isə 544,8 milyon manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, cəmi kredit qoyuluşlarının 26,9 milyard manatını milli valyutada kreditlər təşkil edib.

Milli valyutadakı kreditlərin 447,7 milyon manatının ödəmə vaxtı keçib.

Hesabat dövründə cəmi kredit qoyuluşlarının 4,216 milyard manatı xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də 97,1 milyon manatının ödəmə vaxtı keçib.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2025-ci ilin noyabrın 1-nə milli valyutada qoyulmuş kreditlər 2,9 milyard manat və ya 11,9% artıb, xarici valyutada qoyulmuş kreditlər isə 478,8 milyon manat və ya 10,2% azalıb.

Hesabat dövründə milli valyutadakı cəmi kreditlərin 4,4 milyard manatını qısamüddətli, 22,6 milyard manatını uzunmüddətli kreditlər, xarici valyutadakı kreditlərin isə 1,1 milyard manatını qısamüddətli, 3,1 milyard manatını isə uzunmüddətli kreditlər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti