...

Azərbaycan İordaniyaya müntəzəm hava reysləri təşkil etməyi planlaşdırır - Sahil Babayev

Siyasət Materials 27 Noyabr 2025 14:24 (UTC +04:00)
Azərbaycan İordaniyaya müntəzəm hava reysləri təşkil etməyi planlaşdırır - Sahil Babayev
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan İordaniyaya müntəzəm hava reysləri təşkil etməyi planlaşdırır.

Trend xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Sahil Babayev Bakıda İordaniya və Azərbaycan arasında ticarət, iqtisadi və texniki əməkdaşlq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının gedişində bildirib.

Nazirin sözlərinə görə, əvvəlki illərdə və bu il iki İordaniya aviaşirkəti Azərbaycana uçuşlar yerinə yetirib, lakin bunlar çarter və mövsümi reyslər olub.

“Bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial görürük. Bu il Azərbaycan aviaşirkəti Bakı ilə Əmman arasında yay mövsümü üçün birbaşa uçuşlar təşkil edib və hazırda gələn yay mövsümü üçün də analoji reyslərin açılması imkanlarını nəzərdən keçiririk. Məqsədimiz təkcə çarter reyslərini yox, ilboyu müntəzəm daşımaları təmin etmək üçün, onları kommersiya baxımından daha dayanıqlı etməkdir”,- deyə o bildirib.

S. Babayev qeyd edib ki, yanvar–sentyabr ayları ərzində Azərbaycanı 8 574 İordaniya vətəndaşı ziyarət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti