...

Deputatlar Qırğızıstanda növbədənkənar parlament seçkilərini müşahidə edəcəklər

Siyasət Materials 27 Noyabr 2025 12:13 (UTC +04:00)
Deputatlar Qırğızıstanda növbədənkənar parlament seçkilərini müşahidə edəcəklər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin deputatları Tural Gəncəliyev, Cavanşir Feyziyev, Mübariz Qurbanlı və Göydəniz Qəhrəmanov noyabrın 30-da Qırğız Respublikasında keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin Bişkek şəhərində səfərdə olacaqlar.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Tural Gəncəliyev ATƏT PA, Cavanşir Feyziyev TÜRKPA, Mübariz Qurbanlı MDB İcraiyyə Komitəsi, Göydəniz Qəhrəmanov isə MDB PA-nın xətti ilə seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq, səsvermə prosesini müşahidə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti