Bakı. Trend:
Vaşinqtonda ABŞ Milli Qvardiyasının əməkdaşlarına edilən silahlı hücumdan sonra ölkədə hüquq-mühafizə orqanlarının qanunsuz yaşayan miqrantların aşkar edilməsi və deportasiyası istiqamətində səyləri ikiqat artırılacaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens bəyan edib.
“Əvvəlcə atəş açanı məsuliyyətə cəlb edəcəyik, sonra isə ölkəmizdə qalmaq hüququ olmayanların deportasiyası üçün səylərimizi ikiqat gücləndirəcəyik. Mediada bəzi səslər artıq miqrasiya siyasətimizin çox sərt olduğundan gileylənir. Bu axşam onların niyə yanıldıqlarını bizə xatırlatdı”,- deyə Vens "X" platformasında yazıb.
Onun sözlərinə görə, amerikalı seçicilər hazırkı administrasiyadan məhz bu addımları gözləyirlər.
