...

Azərbaycanı MDB ölkələri ilə işləyən iordaniyalı treyderlər üçün hab kimi nəzərdən keçiririk - Nazir

Siyasət Materials 27 Noyabr 2025 15:21 (UTC +04:00)
Azərbaycanı MDB ölkələri ilə işləyən iordaniyalı treyderlər üçün hab kimi nəzərdən keçiririk - Nazir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanı MDB ölkələri ilə işləyən İordaniya treyderləri üçün bir haba çevirmək ideyasını nəzərdən keçiririk, belə ki, Azərbaycan bu regiona açılan “qapı” rolunu oynayır.

Trend xəbər verir ki, bunu bu gün İordaniyanın Sənaye, Ticarət və Logistika naziri Yarub Əl-Kuda İordaniya və Azərbaycan arasında ticarət, iqtisadi və texniki əməkdaşlq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının nəticələrinə dair keçirilən mətbuat konfransında bildirib.

“Digər yandan, Azərbaycan biznes icması da İordaniyanı bizim regiona çıxış üçün bir “hub” kimi də nəzərdən keçirə bilər – ələlxüsus da, Suriya ilə bağlı gələcək bərpa işləri və ümumilikdə Yaxın Şərqin inkişafı kontekstində”,- deyə o bildirib.

Əl-Kuda həmçinin qeyd edib ki, Azərbaycan və Amman arasında həm yük, həm də sərnişin daşımaları üzrə birbaşa aviareyslərin açılması imkanı da nəzərdən keçirilir ki, bu da ticarət əlaqələrinə yeni stimul verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti