...

Avstraliya çimərliyində köpəkbalığı hücumu – Ölən və yaralanan var

Dünya xəbərləri Materials 27 Noyabr 2025 12:40 (UTC +04:00)
Avstraliya çimərliyində köpəkbalığı hücumu – Ölən və yaralanan var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliynın şərqində yerləşən Kayliz Biç çimərliyində köpəkbalığı hücumu nəticəsində okeanda üzrə bir qadın həlak olub, bir kişi isə ağır yaralanıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, zərərçəkənlər 20 yaşlarında olan avropalı turistlərdir.

Hadisə şahidləri təcili tibbi yardım briqadası gələnə qədər onlara onların sahilə çıxmasına kömək edib və ilkin tibbi yardım göstəriblər. Bütün səylərə baxmayaraq yaralı qadın aldığı xəsarətlərdən həyatını itirib.

Yeni-Cənubi Uels əyalətinin polis rəisinin mətbuata verdiyi açıqlamaya əsasən, zərərçəkənlər eyni qrupdan olublar və hadisə vaxtı birlikdə üzüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti